Bu ölkənin Prezidentindən Türkiyə ilə bağlı şok iddia...
60 min dollara boy uzatma elanları: Fəsadları nələrdir?
Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi
Adnanın bu ölkədəki şirkəti ilə bağlı YENİ DETALLAR
Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək


26.08.2020  10:19 

Magistraturaya boş qalan yerlərin sayı açıqlandı





A+  A-

Ali məktəblərin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, magistratura pilləsi üzrə boş qalan plan yerlərinin sayı 1683-dür. Onlardan 128 yer dövlət sifarişlidir.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 2020-ci il avqustun 25-dən 31-dək 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi elan edib.

Boş qalan yerlərə qəbul 23 fevral 2020-ci il tarixində keçirilmiş qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 31 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər. Bakalavrlar boş yerlərin müsabiqəsi zamanı seçməyə hüququ olan proqramı və həmin proqrama aid boş qalmış ixtisaslaşmaları seçə bilərlər.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqramı və həmin proqrama aid olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir.

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Xəbər 3555 dəfə oxunub.




09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +