13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


14.05.2025  12:06 

Torpaq sənədi satan məmur həbs olundu





A+  A-

Ali Məhkəmədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rüşvət almada təqsirləndirilən əməkdaşları – Aydaş Məmmədov və Mirhəmid Ağayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd: Baş Prokurorluğun yaydığı məlumatda onların 2019-2022-ci illər ərzində Abşeron rayonu ərazisində müvafiq torpaq sahələrinə aid sxemlərin təsdiqi, texniki pasport və çıxarışların verilməsi müqabilində müraciət etmiş ayrı-ayrı şəxslərdən rüşvət almaları bildirilib. Onlarla yanaşı iki makler də saxlanılıb. Qanunsuz əməllərin üzə çıxmasından sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin müdir müavini Etibar Qasımov və 10-a yaxın əməkdaş işdən çıxarılıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 və 313-cü (rüşvət alma və vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il 6 ay dövlət qurumlarında vəzifə tutmaq qadağan edilməklə 8 il 6 ay müddətə həbs cəzası verilib. M.Ağayev isə rüşvət almada iştirak etmə və vəzifə saxtakarlığında təqsirli bilinib. Ona 1 il 6 ay vəzifə tutmaq qadağan edilməklə 3 il 6 ay həbs cəzası verilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti qismən təmin edilib, A.Məmmədovun 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 8 ilə endirilib. M.Ağayevə isə şərti cəza verilib. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından dərhal həbsdən azad olunub./Pravda.az

Xəbər 2126 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +