53 yaşlı baş katib xəstəxanaya yerləşdirilib
ABŞ-da güclü zəlzələ
Rusiya Zaporojyeni vurdu: Ölənlərin sayı artdı
Zelenski sülh üçün əsas tələbi açıqladı
İsrail İranı belə hədəfə aldı
İndoneziya Prezidenti Çin səfərini ləğv edib, buna görə...
Putin köçəri quşlarla bağlı göstərişlər verdi
Ərdoğan Çinə səfər edib
Putin Rəhimovun da “bazarını” bağladı
Azərbaycan səhiyyəsini niyə dirçəltmək olmur?


16.08.2019  10:19 

Sürücülərə çəkələk xəbərdarlığı





A+  A-

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxt ərazisində yerləşən çimərliklərdə yeni aksiyaya start verib.
XəzərNews.az xəbər verir ki, aksiya zamanı çimərliklərin girişinə BŞDYPİ tərəfindən hazırlanmış plakatlar vurulmaqla yanaşı, sürücü və digər hərəkət iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.

Bukletlərdə avtomobili çəkələklə idarə etməyin, maşından küçə və yollara zibil atmağın, çimərlik ərazisində nəqliyyat vasitəsilə ilə təlim keçməyin, sərnişindaşıma qaydalarını pozmağın, spirtli içki qəbul edərək sükan arxasında əyləşməyin təhlükəli olması barədə bildirişlər qeyd olunub.

Sürücülərin bu qaydalara əməl etmələrinin vacibliyi öz əksini tapıb.

Suraxanı rayon ərazisində yerləşən çimərliklərdə yüzlərlə buklet paylanılıb. BŞDYPİ-nin və Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

Daha sonra tədbir Səbail rayonu ərazisindəki Şıx çimərliyində davam etdirilib. Çimərliklərin girişinə plakatlar asılıb, bukletlər paylanılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov tədbirin əhəmiyyəti barədə bildirib ki, yay mövsümü ərəfəsində çimərliyə gələrək istirahət edənlərin təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi tərəfindən tədbirlər həyata keçirilir.

Xüsusilə, Bakı şəhərinin inzibati ərazisinə düşən çimərliklərdə, onlara bitişik küçə və prospektlərdə yol polisi xidmət aparır.

Vaqif Əsədov qeyd edib ki, qaydaların pozulması nəticəsində baş verən yol qəza hadisələrinin qarşısının alınması üçün xüsusi işlər görülüb:

“Məlumat xarakterli bukletlər çimərliyə gələnlərə paylanılır. Eləcə də vətəndaşlar arasında maarifləndirmə işləri aparılır.

Bu gün Səbail rayonu Şıx çimərliyində və Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən çimərliklərdə maarifləndirmə aksiyası keçirdik.

Sürücülərə nəqliyyat vasitələrini çəkələklə idarə etməyin təhlükəli tərəfləri, spirtli içkinin təsiri altında avtomobil idarə etməyin ölümə apardığı barədə məlumat verdik.

Xüsusi olaraq diqqətə çatdırdıq ki, çimərlik ərazisində nəqliyyat vasitələrindən təlim məqsədilə istifadə olunması da yolverilməzdir”.

Tədbirlər digər çimərliklərdə də davam etdiriləcək.

Xəbər 2994 dəfə oxunub.




31.08.2025  00:19 

ABŞ-da güclü zəlzələ

31.08.2025  00:11 

Buray Bakıda konsert verəcək

30.08.2025  23:53 

Günəşdə güclü partlayış

30.08.2025  23:34 

Ərdoğan Çinə səfər edib

29.08.2025  16:50 

Prezident Sərəncam imzaladı

29.08.2025  16:13 

Teleqramda rus kanalları silindi


BÜTÜN XƏBƏRLƏR +