Elxan İbrahimov müavinini vəzifəsindən azad edib
Mehmet Akif Ersoy saxlanılıb
Şagirdlərin zəhərlənməsi ilə bağlı araşdırma başlayıb
Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb


24.02.2017  19:32 

“Sən alçaqsan...” - Polkovnikin məhkəməsində qalmaqal





A+  A-

Bu gün Bakı Hərbi Məhkəməsində həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Bahəddin Sultanovun epizodu üzrə şahidlər dindirilib.

Onun oğlu İntiqam Sultanov deyib ki,2008-ci ildə MTN-ə çağırılaraq həbs edilib: “Onda mənim 21 yaşım var idi, Vüsal Ələkbərov məni həbs etməklə bədbəxt etdi”.

V.Ələkbərov isə heç kimi bədbəxt etmədiyini deyib: “İntiqam Sultnov cinayət törədib və barəsində qanuni hökm var”.

İ.Sultanov bildirib ki, MTN-də saxlanılan zaman V.Ələkbərov ondan “Texnikabank”dan götürdükləri 570 min manat krediti ödəmələrini tələb edib, o isə belə bir kredit götürmədiklərini bildirib: “Zal Yusifovla üzləşmək istədim, etmədilər. Vüsal dedi ki, fermanızı satıb pulu verib. Onun dediyini etmədik deyə məni həbs etdi. Biz kredit götürmək istəyirdik və bunun üçün də sənədləri toplayıb banka vermişdik. Amma bizə kredit ayrılmamışdı. Məhkəmədə də bu üzə çıxdı, məni sənədləri saxtalaşdırmaqda ittiham edib şərti cəza verdilər”.

V.Ələkbərov İ.Sultanovun yalan danışdığını deyib: “Ona dələduzluqda iştirakçılıq ittiham verilmişdi, məhkəmə də həmin maddəni sənədlərin saxtalaşdırılmasına tövsif edib”.

Bu zaman İ.Sultanov V.Ələkbərova “adam işi olar” deməsinə qarşı tərəf “Mən kişiyəm, kişi kimi də cəzamı çəkcəm. Veriləcək heç bir cəzadan qorxmuram. Lap 15-18 il cəza versinlər” deyə cavab verib. MTN polkovnikinin növbəti mübahisəsi digər zərərçəkən Hüseyn Səfərovla olub. H.Səfərova ona “evimizi yıxıbsan” deməsinə o, “heç kimin evini yaxmamışam. Cinayət törətmisiz, cəzanızı da alıbsız” deyib.

Daha sonra mübahisə dialoq formasında davam edib:

H.Səfərov: Sən alçaqsan.
V.Ələkbərov: Məni təhqir eləmə.
H.Səfərov: Sən təhqir olunmağa layiqsən.
V.Ələkbərov: Hörmətli hakim, məni təhqir edirlər, siz də təhqir olunmağıma göz yumursuz. Məni müdafiə etmirsiz. Bəs məni kim müdafiə edəcək?.

Hakim: Biz obyektiv işə baxırıq. Heç kimi müdafiə etmirik. Amma siz burada biz hakimlərə hücuma keçirsiz.
V.Ələkbərov: Mən heç bir hücuma keçmirəm.

Hakim: Hakimə hücuma keçirsiz. İmkan verin məhkəmənin hüquqin müstəvidə aparaq. Məni ciddi tədbirlər görməyə məcbur etməyin.

Mübahisə sakitləşdikdən sonra digər şahidlər də ifadə verib.

(qafqazinfo.az)

Xəbər 5652 dəfə oxunub.




10.12.2025  10:20 

Mehmet Akif Ersoy saxlanılıb

09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü


BÜTÜN XƏBƏRLƏR +