Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


05.10.2023  20:13 

“Problemlərin sülh yolu ilə həllinə yönəlmişik” - Hikmət Hacıyev





A+  A-

"Azərbaycan Ermənistanla problemlərin sülh yolu ilə həllini hədəfləyir".

Xəzərnews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində deyib.

“Fərziyyələrə əsaslanan ssenariləri şərh etmək istəməzdim. Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür, həmişə öz konstitusiyasının və beynəlxalq hüququn müddəalarına uyğun addımlar atır. Biz bütün mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmişik”, - Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan tərəfi nə Ermənistanla, nə də hər hansı üçüncü ölkə ilə ölkənin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə edəcək:

"Dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən Azərbaycan rəhbərliyi ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa beynəlxalq mexanizmlərin yaradılması mövzusunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur. Qarabağ Azərbaycanın daxili məsələsidir və bunu mübahisələndirmək cəhdləri regionda davamlı sülhə nail olmaq perspektivləri baxımından əks nəticə verir”.

Xəbər 14065 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +