Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


05.10.2023  17:12 

Şuşa turizm paytaxtı seçildi





A+  A-

Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üzrə turizm paytaxtı seçilib.

Xəzərnews.az xəbər verir ki, bu haqda qərar təşkilatın 4-5 oktyabrda İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən Yüksək Vəzifəli Turizm Ekspertlərinin 7-ci görüşü və Turizm Nazirlərinin 5-ci iclasında qəbul edilmiş Ərdəbil Bəyannaməsində yer alıb.

Dövlət Turizm Agentliyinin nümayəndə heyətinin təmsil olunduğu tədbir çərçivəsində üzvlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair müzakirələr keçirilib.

Tədbirdə turizm sektoru sahəsində qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Pakistan, Tacikistan, Əfqanıstan və İranın daxil olduğu təşkilata ölkəmiz 1992-ci ildən üzvdür.

Xəbər 5947 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +