Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


26.02.2018  13:17 

Bələdiyyə sədrinə 7 il həbs verildi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən, Abşeron rayon Məhəmmədi kənd bələdiyyəsinin sədri Vaqif Nəbiyevə hökm oxunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə V.Nəbiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında həbs edilib.

İttihama görə, V.Nəbiyev bir neçə vətəndaşa müxtəlif vədlər verərək yüzminlərlə manat vəsaiti dələduzluq yolu ilə ələ keçirib. Zərərçəkmişlərdən biri də iş adamı Ülviyə Abdalovadır. V.Nəbiyev onun 353 min manat pulunu mənimsəməkdə təqsirləndirilir.

V.Nəbiyevin digər şəxslərə qarşı dələduzluq əməli ilə bağlı davam etdirilən istintaq tamamlanıb və ikinci iş üzr də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində proses gedir.

Xəbər 1803 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +