Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb


03.04.2018  10:58 

AZAL Lənkərandan Moskvaya birbaşa reys açır





A+  A-

İyunun 8-dən etibarən "Azərbaycan Hava Yolları" QSC-nın (AZAL) Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq.
XəzərNews.az AZAL-a istinadən xəbər verir ki, reyslər “Airbus A320” təyyarələri ilə hər həftə cümə günləri yerinə yetiriləcək.

“Vnukovo” Beynəlxalq Aeroportundan (VKO) uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da. Lənkərandan uçuş yerli vaxtla saat 15:40-da, Moskvaya eniş yerli vaxtla saat 17:50-də.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz: (+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880) E-mail: [email protected]

Qeyd edək ki, yay cədvəli çərçivəsində Moskvaya Azərbaycanın digər bölgələrindən də - Gəncə (aprelin 13-dən) və Qəbələ (iyunun 4-dən) AZAL-ın reysləri yerinə yetiriləcək. Bu istiqamətlər üzrə reyslər Rusiyanın turizm şirkətləri ilə birgə tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilir.

Bundan başqa, ilk milli loukoster “Buta Airways” Gəncədən Moskvaya birbaşa reyslər həyata keçirir.

Xəbər 1749 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +