200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


09.03.2022  14:32 

UEFA Avropa Liqası: Bu gün kimlər qarşılşacaq?





A+  A-

Martın 9-da futbol üzrə UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinə start veriləcək.

XəzərNews.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Portuqaliyanın “Portu” klubu Fransanın “Lion” komandasını, İspaniyanın “Real Betis” klubu isə Almaniyanın “Ayntraxt” kollektivini qəbul edəcək. Hər iki matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Bu oyunların daha erkən tarixə salınması həmin şəhərlərin digər təmsilçiləri “Braqa” və “Sevilya”nın da UEFA Avropa Liqasındakı ilk matçı doğma meydanda keçirəcəkləri ilə əlaqədardır. Onlar martın 10-da müvafiq olaraq, Fransanın “Monako” və İngiltərənın “Vest Hem Yunayted” komandaları ilə üz-üzə gələcəklər.

Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Rusiyanın “Spartak” klubu UEFA Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniyanın “Leyptsiq” komandası dörddəbir finala vəsiqə qazanıb.

Xəbər 5283 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +