200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


30.12.2021  12:26 

Deputatlar İTV-ni sərt TƏNQİD etdilər





A+  A-

“İTV-nin Yayım Şurasının seçilən üzvləri kölgədə qalır. İsmayıl Ömərovun vaxtında televiziya daha uğurlu funksional işini görürdü. Sonra isə bərbad günə düşdü. Əgər İTV funksiyasını yerinə yetirməyi bacarsaydı, "Media haqqında" qanun da bu qədər müzakirəyə səbəb olmazdı".

XəzərNews.az xəbər verir ki, bu sözləri parlamentdə səsləndirən millət vəkili Fazil Mustafa İctimai Televiziyanın fəaliyyətini sərt tənqid edib.

F.Mustafa bildirib ki, onun əvəzinə bunlar millət vəkillərinin ələ salmaqla, kollajlarını düzəltməklə məşğuldurlar:

”Bununla reytinqi qazanmaq istəyirlər. Təbii ki, deputatı da tənqid etmək olar. Yayım Şurasının üzvləri hansısa diktatorluğun yaranmasına icazə verməməlidir. Təbii ki, yaxşı verilişləri də var. Amma hunlar jurnalistlərin istedadı hesabına başa gələn verilişlərdir. Büdcədən bu qədər vəsait alırsınız. Cəmiyyətin işinə yararlı olmalısınız. Ona görə məsuliyyət artırılmalıdır.

Necə olur ki parlamentlə bağlı müzakirə verməyi bu televiziya özünə sığışdırmır. Siz kimsiz ki?! Ümid edirəm tənqidlərdən nəticə çıxaracaqsınız”.

Deputat Siyavuş Novruzov da həmkarının fikrini dəstəkləyib.

O qeyd edib ki, iki televiziyadan başqa digər televiziyalara irad tuta bilmirlər:

“AzTV və İTV dövlət büdcəsi hesabına formalaşır. Deputatlar ictimaiyyətin maraqlarını təmsil edir və onlara uyğun qanunları qəbul edir. İTV-də bu fəaliyyət öz layiqincə həllini tapmır. Kim xoşuna gəlirsə onu verir, xoşuna gəlməyini vermir. Birtərəfli debatlarla bağlı eyni adamlar müxtəlif mövzularda çıxış edirlər. Bununla da ictimaiyyətə düzgün məlumatlar verilmir”.

Xəbər 1834 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +