200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


19.08.2021  11:37 

Sərbəst güləşçilərimiz daha 2 medal qazandı





A+  A-

Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında dünya çempionatı davam edir.
XəzərNews.az xəbər verir ki, sərbəst güləşçimiz Turan Bayramov (74 kq) 1/8 finalda almaniyalı idmançını vaxtından əvvəl xalçadan məyus yola salıb. ABŞ təmsilçisiylə qarşılaşmada 5:1 öndə olsa da, yekunda rəqibinə uduzub. Amerikalı güləşçinin finala çıxması T.Bayramova təsəlliverici görüşdə iştirak hüququ verib. Ancaq Macarıstan idmançısı xalçaya çıxmadığı üçün güləşçimiz birbaşa üçüncü yer uğrunda qarşılaşmada iştirak hüququ əldə edib. Rusiya təmsilçisi ilə görüş gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda minimal hesabla qələbə qazanan T.Bayramov dünya üçüncüsü olub.

Saqadulla Ağayev (86 kq) debütdə Qırğızıstan idmançısına qalib gəlib. Lakin növbəti mərhələdə Fransadan olan rəqibinə yenilib. Fransalı idmançının finala yüksəlməsi millimizin üzvünə bürünc medal qazanmaq şansı verib. Təmsilçimiz təsəlliverici görüşdə moldovalı rəqibindən güclü olub. Türkiyə pəhləvanını sonuncu xal prinsipinə əsasən üstələyən S.Ağayev bürünc medalı boynundan asıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 3 sərbəst güləşçisi - Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb.

Xəbər 2512 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +