200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


10.08.2021  12:09 

Gürcüstanda koronavirusdan 1 sutkada 54 nəfər ölüb





A+  A-

Gürcüstanda koronavirusa yoluxma halları sürətlə artmağa davam edir.
XəzərNews.az ölkənin Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinə istinadən xəbər verir ki, Gürcüstanda ötən sutka 5697 yeni yoluxma halı aşkar olunub.

Məlumata əsasən, son sutkada 54 nəfər COVID-19 səbəbindən dünyasını dəyişib.

Mərkəz qeyd edir ki, bu yoluxma sayı 2020-ci il fevralın 26-sından ölkədə koronavirus yayılmağa başlayandan bu yana qeydə alınan ən yüksək göstəricidir.

Qeyd edək ki, ölkədəki gərgin vəziyyətə baxmayaraq ölkə rəhbərliyi hələ ki tam qapanmaya getmək və sərhədləri bağlamaq niyyətində deyil.



Xəbər 2106 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +