200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


17.07.2021  15:23 

Məclisə 190 nəfər çağıran toy sahibi cərimələndi





A+  A-

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində rayonun Qara Nuru kəndində yerləşən “Komfort” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin XəzərNews.az-a verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı 140 nəfərin “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq, məclisdə 190 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanan pozuntularla bağlı həmin sarayın inzibatçısı İsmətəli Mirzəyev və toy sahibi Vidadi Məmmədov barəsində qanunamüvafiq tədbir görülüb.

Xəbər 2039 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +