200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


04.06.2021  11:58 

Emin Əmrullayev Azərbaycanda elmi tədqiqat fəaliyyətini tənqid etdi





A+  A-

“Tədqiqat işlərində vaxtı keçmiş alətlərlə müasir dövrün çağırışlarına cavab vermək istəyi müşahidə olunur. Hesab edirəm ki, bu sahədə dəyişikliyin həyata keçirilməsi, ali təhsilin yeni modelinin qurulması və bunun elmi tədqiqatlara sirayət etməsi önəmlidir”.
XəzərNews.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin fikrincə, bu məsələnin həllində mürəkkəb heç nə yoxdur:

“Önəmlisi odur ki, dünya elmi araşdırmaların və tədqiqatların standartlarını müəyyən edib. Hər bir sahədə olduğu kimi elm də ölçülə biləndir. Bu gün zəif və ya güclü alimi görə bilirik. Get-gedə yaxşı, pis və güclü yox, ölçülə bilən indekatorla təmsil olunan elm adamlarını görməliyik və görəcəyik, çünki başqa yolu yoxdur”.

E.Əmrullayev bildirib ki, son illər ərzində azərbaycanlı alimlərin yazdığı məqaələrin sayında dəyişiklik nəzərə çarpır:

“Bu sayı daha da artırmaq lazımdır. Kimlərin həmin məqalələrdən sitat gətirməsi məsələsi də önəmlidir. Gündə bir neçə saatlıq tədqiqat aparmaqla dünya alimləri ilə rəqabət aparan alim nəsli yetişdirə bilmərik. Odur ki, çalışqan olmaq lazımdır”.



Xəbər 2108 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +