200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


04.06.2021  09:43 

228 Rusiya vətəndaşı Azərbaycandan ölkəsinə qayıtdı





A+  A-

228 Rusiya vətəndaşından ibarət daha bir qrup Azərbaycandan Dağıstanın Məhərrəmkənd rayonundakı "Yaraq-Qazmalar" beynəlxalq gömrük keçid məntəqəsindən ölkəsinə qayıdıb.
XəzərNews.az xəbər verir ki, bunu "TASS"a Dağıstanın milli siyasət və dini işlər naziri Enrik Muslimov deyib.

"Bu gün ölkəmizin 228 vətəndaşından ibarət bir qrup Azərbaycandan qayıdıb. Koronavirus pandemiyası səbəbindən [soydaşlarımız - red.] qonşu respublikada qalmaq məcburiyyətində qalmışdı. Onlar mütəxəssislər tərəfindən yoxlanılıb və "Rospotrebnadzor"un tövsiyə olunan bütün tədbirləri görülüb" - E.Muslimov bildirib.

Onun sözlərinə görə, Azərbaycandan qayıdan 228 rusiyalıdan 15 nəfəri Dağıstan sakinidir, qalan vətəndaşlar ölkənin digər bölgələrinə yollanıblar.

Xatırladaq ki, Rusiya vətəndaşlarından ibarət daha əvvəlki qrup Azərbaycandan Dağıstandakı sərhəd vasitəsilə mayın 18-i ölkəsinə qayıdıb.

Xəbər 1944 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +