200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


18.09.2020  17:49 

ABŞ-da “TikTok” yükləmək qadağan olunur





A+  A-

Sentyabrın 20-dən etibarən ABŞ tətbiq mağazalarından “TikTok” yüklənməsinə məhdudiyyyət qoyulacaq.
XəzərNews.az xəbər verir ki, ABŞ-ın Ticarət məsələləri üzrə dövlət katibi Uilbur Ross qərarın Prezident Donald Trampın tapşırığı ilə verildiyini açıqlayıb.

“Bu gün alınan qərar Prezident Trampın milli maraqlarımızı qorumaq üçün hər şeyi edəcəyinin göstəricisidir”,- deyə o, qərarı şərh edib.

“TikTok”un ABŞ bölməsinin bir hissəsinin Prezident Trampa yaxınlığı ilə tanınan iş adamı Larri Ellisonun şirkəti “Oracle”a veriləcəyi gözlənilirdi. “Bloomberg“in məlumatına görə, Tramp bu razılaşmanın təfərrüatlarını bəyənməyib və hələ də sənədi imzalamağa hazır olmadığını deyib.

Bununla yanaşı bildirilib ki, “TikTok” 12 noyabr tarixinə qədər ABŞ aktivlərini hər hansı bir Amerika şirkətinə satmazsa, ölkədə tətbiqin istifadəsi də qadağan olunacaq.

Xəbər 2030 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +