200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


24.12.2019  16:43 

Natəmiz şirniyyat sexi aşkarlandı





A+  A-

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində fəaliyyət göstərən, fiziki şəxs Rəsulov İntiqam Sabir oğluna məxsus şirniyyat istehsalı sexində yoxlama keçiriblər.
XəzərNews.az xəbər verir ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri, eləcə də sanitar-gigiyena norma və qaydalarının kobud şəkildə pozulduğu aşkarlanıb. Belə ki, orqanoleptik baxış zamanı müəssisədə çürümüş, qaralmış, üyüdülmüş və yarı qırılmış istehlaka yararsız fındıq ləpəsi aşkar edilib. Bundan başqa xammal kimi istifadə olunan düyü unu, şəkər tozu, ləpə və sair məhsulların birbaşa döşəmə üzərində saxlanıldığı məlum olub.

Yoxlama zamanı müəyyən edilib ki, sexdə istehsal texnoloji prosesə uyğun aparılmır. Belə ki, xammal və köməkçi materiallar, hazır məhsulların saxlanması, istehsal prosesi eyni bölmədə həyata keçirilir. Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Xəbər 1962 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +