200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


14.02.2017  23:28 

Azərbaycan əraziləri "google"da erməni dilində - VİDEO





A+  A-


Berdzor, Karvagar, Aqn, Varanda... Bunlar Azərbaycanın işğal altında olan ərazilərindən bir neçəsinin adıdır. “Google” xəritədə bir çox ərazilərimizin adı məhz bu formada, erməni sözləri ilə təqdim edilir. XəzərNews.az "Xəzər xəbər"ə istinadən bildirir ki, dünyanın nəhəng axırış sistemi olan “google” xəritəyə daxil olub, ölkəmizin işğal altında olan yerlərinin adalarını yazan zaman, adların Azərbaycan versiyası ilə yanaşı erməni dilində dəyişmiş formasına rast gəlirik. Qarabağ müharibəsindən indiyə kimi isə Azərbaycana məxsus 700-dən çox yerin adı dəyişdirilib. Məsələdən Azərbaycanın Xarici İşlər Nazirliyi də xəbərdardır.

Ermənişünas-araşdırmaçı İsmayıl Tanrıverdinin sözlərinə görə, ermənilər tərəfindən bu gündə qədər təkcə qarabağ ərazisində 120 məntəqənin adı dəyişdirilib.Bir çox yerin adı isə təhrif edilib.

İTK mütəxəssisi Osman Gündüz isə bildirir ki,xəritə xidməti təklif edən bir çox şirkətlərdə bu tipli problemlərlə rastlaşmaq mümkündür. Bunun əsas səbəbi isə ölkəmizdə həmin şirkətlərlə işləyən bir qurumun olmamasıdır.

Problemdən Azərbaycanın xarici işlər nazirliyi də xəbərdardır. Nazirlik tərəfindən edilən müraciətlər hələlik nəticəsiz qalıb.

Adların dəyişdirilməsi üçün hər bir istifadəçi “google” şirkətinə müraciət edib bu səhvlərin aradan qaldırılmasına yardımçı ola bilər.



Xəbər 3892 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +