200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


14.02.2017  14:26 

“Xoşunuza gəlsə də, gəlməsə də...” - Vitse-spiker





A+  A-


“Seçkili orqana necə inzibati nəzarət etmək olar? Onda gəlin Milli Məclisə də inzibati nəzarəti həyata keçirən orqan təyin edək”.

XəzərNews.az xəbər verir ki, bunu deputat Fəzail İbrahimli Milli Məclisin iclasında bələdiyyələrlə bağlı danışarkən deyib.

 O, qeyd edib ki, nəzarət Ədliyyə Nazirliyinin səlahiyyətində qalmalıdır: “Amma inzibati sözü seçkili orqana heç cür uyğun gəlmir. Bu söz qətiyyən işlədilməməlidir”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun isə Fəzail İrahimliyə cavabı belə olub:

“Fəzail müəllim, mən bilmirəm ki, sizin nəyə görə inzibati sözündən xoşunuz gəlmir. Xoşunuza gəlsə də, gəlməsə də elə inzibati olmalıdır. Çünki bu Konstitusiyada yazılıb. Nazirlik isə səlahiyyətini aşmır, əksinə, bələdiyyə üzvlərinin maarifləndirilməsini həyata keçirir. Məgər bələdiyyə üzvünün maariflənməsi pisdir ki? Elə bunun adı inzibati nəzarət də olmalıdır”.



Xəbər 1482 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +