Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


19.05.2023  17:47 

Fuad Nəcəflinin kabab süfrəsi... - Qalmaqala jurnalistlər də qoşuldu





A+  A-

"Açığını desəm, Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə ümidim və hörmətim qalmayıb. Naxçıvana rəhbər təyin olunduqdan bəri bu bölgədə sosial vəziyyətin ciddi şəkildə dəyişilməməsi, insanların son ümidlərinin gözlərində “boğulması”, bir mədəniyyət nazirini belə işdən çıxarmaqda göstərdiyi qətiyyətsizlik, ən əsası isə mənim haqlı davamda tamamilə əks mövqe tutması və bu xəbərin gəlib qulağıma çatması onun gözümdən düşməsində önəmli rol oynayıb".

XəzərNews.az xəbər verir ki, bunu sosial şəbəkədə jurnalist Heydər Oğuz yazıb.

Jurnalist daha sonra həmkarı Eynulla Fətulayevin sosial şəbəkədə Fuad Nəcəfli ilə bağlı paylaşımına toxunaraq, bunları qeyd edib:

"Bununla belə, bu zamanadək həmişə 5-ci kolonun sözçüsü, Ramiz Mehdiyevə bağlı adamların haqsız müdafiəçisi kimi tanınan; alın təriylə ölkə iqtisadiyyatının dirçəlişində qatqılarda bulmağa çalışan iş adamlarına qarşı “səlib yürüşü” aparan Eynulla Fətullayevin qalxıb Fuad Nəcəflinin bir ziyafətdə çəkdirdiyi şəkili paylaşaraq onu “xan” elan etməsi də ürəyimi bulandırdı. “Xan” əgər xudmani bir məclisdə yaxın adamları ilə kabab yeməkdirsə, onda bizim hər birimiz həmin adı daşıya bilərik. Ən çox da Eynulla Fətullayev. Dəfələrlə onu Rasim Məmmədovla, hansısa “vorzakon”larla eyni eyş-işrət məclisində çəkdirdiyi şəkilləri görmüşük. Amma onu indiyədək heç kim “xan” adlandırmayıb. Adının arxasına və ya əvvəlinə ən müxtəlif epitetlər yapışdırılmasına baxmayaraq.



Sözsüz ki, Fuad Nəcəfli də insandır və onun da dostları, iş yoldaşları var. Hər birimiz kimi o da hansısa məclisdə oturub quzu kababı da yeyə bilər. Amma məsələ kabab yeməkdə deyil, əsas odur ki, “xan” kimi dövlət əmlakını yeməsin. Yeyib-yemədiyini demək üçün isə əlimdə heç fakt olmadığından bu barədə hələ ki, danışa da bilmirəm. Amma Eynulla Fətullayevin paylaşımından belə görünür ki, onun da əlində elə bir fakt yoxdur. Elə bu səbəbdən də Fuadın kabab yeməsini paylaşır".

Qeyd edək ki, jurnalist Eynulla Fətullayev Facebook-da Fuad Nəcəflinin ziyafət məclisindən fotosunu paylaşaraq yazıb:

"Naxçıvanın yeni xanı hakimiyyətin ləzzətini dadır… Süddən kəsilmiş quzu, bumbuz araq, bratva da ətrafda).. Hardasan, ay Məşədi Kazım? Bəs elmi-praktiki konfranslar? Bəs alovlu çıxışlar? Bəs zəhmətkeşlərin qayğıları?"...



Xəbər 1776 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +