Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


08.05.2023  11:42 

Qazini döyən idmançı ilə bağlı qərar verildi





A+  A-

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, eyni zamanda qazi Namiq Babayev işinin icrası zamanı idmançı Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalmışdı.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Nəbizadə barəsində həbs qətimkan tədbiri seçilib.

Bununla bağlı Binəqədi Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edərək R.Nəbizadə barəsində 1 ay müddətə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Namiq Babayev və Rəvan Nəbizadə hər ikisi Vətən Müharibəsi iştirakçısı olub. Namiq Babayev Xüsusi Təyinatlı Qüvvələrin mənsubudur. 5 medalla təltif olunub. R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına görə, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gələn Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb. R.Nəbizadə polis tərəfindən saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb.

Xəbər 2538 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +