Türkiyə təyyarəsi bu şəhərdə təcili eniş edib
Bu ölkənin səfiri XİN-ə çağrıldı
Braziliya prezidenti Trampı açıq dialoqa çağırıb
Bu ölkədən Polşaya dəstək
Xankəndidə polisə silahlı müqavimət... - Erməni cavab atəşi ilə susdurulub
Ukrayna ordusu ruslara ağır zərbə vurdu
Tanınmış boksçu faciəvi şəkildə öldü -FOTO
ABŞ Cənubi Koreyadan üzr istədi
Rusiya spikeri ciddi ürək problemi yaşayır
İki qatar relsdən çıxıb: Ölənlər var


12.01.2018  14:48 

ABŞ İranla nüvə razılaşmasını ləğv edəcək?





A+  A-

ABŞ prezidenti Donald Tramp yanvarın 12-də Vaşinqtonun İranla bağlı nüvə razılaşmasını uzadıb-uzatmayacağı ilə bağlı qəti qərar verməlidir.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, həmin nüvə razılaşması İranın öz atom proqramından imtina etməsi qarşılığında sanksiyaların əksər hissəsinin ləğvini özündə ehtiva edirdi.

Ağ Evdə olan mənbələrdən mətbuata sızdırılan məlumatlarda, Tramp administrasiyasının razılaşmanın müddətini uzatmaq istədiyini xəbər verir. Bununla belə, Trampnı gələcəkdə razılaşmaya son qoymağı hədəflədiyini və bunu ölkəsi üçün ən uyğun zamanda həyata keçirmək istədiyini yazır.

2017-ci ilin oktyabrında Tramp administrasiyası ilk dəfə İranın nüvə razılaşmasının bütün şərtlərini yerinə yetirmədiyini bildirmişdi. Bundan sonra o, Konqresə yekun analiz üçün 60 gün vaxt vermiş, Konqres isə öz növbəsində prezidentdən yanvarın 12-nə qədər öz mövqeyini qətiləşdirməyi məsləhət görmüşdü.

“Associated Press” agentliyi Trampın çox güman ki, razılaşmanı saxlayacağını ehtimal edir. Bu razılaşmanın saxlanılmasının lehinə Dövlət Departamentinin rəhbəri Reks Tillerson, prezidentin Milli Təhlükəsizlik Məsəlləri üzrə köməkçisi Herbert Makmaster və s. rəhbər şəxslər dəstək olublar. Tramp seçkiqabağı kampaniyasında razılaşmanı dəhşətli və uğursuz adlandırırdı.

Barak Obama administrasiyası isə İranla nüvə razılaşmasını ciddi diplomatik qələbə adlandırırdı və Yaxın Şərqin müharibə təhlükəsindən xilas edildiyi qənaətində idi.

Respublikaçilar partiyasının sağ qanadı isə İranla yeni razılaşmanın imzlanmasını və bu razılaşmada ölkənin ballistik raket istehsalından vaz keçməsini, “Hizbullah” və digər radikal təşkilatlara dəstəkdən imtina etməsini tələb edir.

Öz növbəsində avropalı siyasətçilər nüvə razılaşmasının ləğv olunmasına qarşıdırlar. Almaniya XİN-nin rəhbəri Ziqmar Qabriel ABŞ-dan İranın nüvə proqramı ilə bağlı iddialarını ballistik raket və “Hizbullah” təşkilatına dəstək kontekstində baxmamağı məsləhət görüb.

“Biz bir-birimizdən iki faktoru kənarlaşdırmalıyıq: İranın nüvə proqramını və bu ölkənin regiondakı nüfuzunu”-deyə Qabriel İran, Nötük Britaniya və Fransa xarici işlər nazirləriilə birgə mətbuat konfransında deyib.

Bu məsələdə Çin və Rusiya da vahid cəbhədə çıxış edir. Maraqlıdır ki, ABŞ nüvə razılşamasındakı müttəfiqləri ilə fikir ayrılıqğında çəkinmir. Avropa ölkələri ilə ABŞ-ın münasibətlərini gərgin adlandırmaq olar. Rusiya və Çin isə ümumiyyətlə, yeni doktrina ilə Vaşinqtonun dünya hegemonluğuna əsas təhlükə kimi dəyərləndiriliblər.

Bununla yanaşı, İranın siyasi hakimiyyətinə neqativini gizlətməyən Donald Tramp bu ölkədəki etirazlara dəstək verməklə, Tehran rəhbərliyi ilə münasibətlərini daha da gərginləşdirib. O, İranın Suriyada artan nüfuzundan, həmçinin Yaxın Şərqdə ABŞ-ın əsas müttəfiqləri sayılan Səudiyyə Ərəbistanı və İsrailə təhlükə törətməsindən narahatdır.

İranın nüvə razılaşmasını pozmaq istəməsi isə onun da sanksiyaların aradan götürülüməsindən uğurla istifadə etdiyini göstərir. Bununla belə, əgər rəsmi Vaşinqton İranla nüvə razılaşmasını ləğv edərsə, bu mühafizəkarların pressinqi altında olan prezident Həsən Ruhaninin elektoratını zəiflədəcək.

Bu isə Donald Trampa İrandakı hakimrejmi dəyişmək və daxili etirazları daha da alovlandırmaq üçün əlavə fürsət olacaq.

Xəbər 22768 dəfə oxunub.




14.09.2025  21:49 

İndoneziyada güclü zəlzələ

14.09.2025  20:59 

Bu ölkədən Polşaya dəstək

14.09.2025  18:35 

Gəncədə bıçaqlanma hadisəsi

14.09.2025  17:26 

Faktiki hava açıqlandı

14.09.2025  17:06 

ABŞ Cənubi Koreyadan üzr istədi

14.09.2025  17:04 

Prezident Şuşakənddə

14.09.2025  16:59 

Xırdalan sular altında qaldı

14.09.2025  16:57 

Hindistanda güclü ZƏLZƏLƏ

14.09.2025  14:42 

Papa ad günün qeyd edir

14.09.2025  13:37 

Putin Dmitri Medvedyevi təltif edib

14.09.2025  13:26 

Sabahın havası açıqlandı

14.09.2025  13:17 

Kiyevdə neft anbarı partladıldı

14.09.2025  13:05 

Daha bir general həbs edildi


BÜTÜN XƏBƏRLƏR +