Ukraynanı işğal etməklərinə imkan verməyəcəyik -Zelenski
Bu ölkənin səfiri Finlanlandiya XİN-ə çağırıldı
Məşhur mağaza Azərbaycandakı filiallarını bağlayır - FOTOLAR
Bu yolda hərəkət məhdudlaşdırılır
Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”
Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb
Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı


28.01.2025  10:00 

“Asan Xidmət”də oğurluq edən şəxs tutuldu





A+  A-

“ASAN Xidmət”də vətəndaşın 10 min 300 manatını götürüb qaçmaqda şübhəli bilinən​ şəxs 5 ay sonra tapılıb.

XəzərNews.az xəbər verir ki, aylardır gizlənən Dəniz Mustafayev polis əməkdaşları tərəfindən tutulub.

Bu iş üzrə zərərçəkən Natiq Mustafayevdir. O, ötən ilin avqustunda saytımıza müraciət edərək pulunun qəribə yolla əlindən çıxdığı haqda şikayət etmişdi. Belə ki, Dənizlə Natiqin əvvəllər heç bir formada münasibəti olmayıb. Natiq dostlarının təkidi ilə Dənizə cəmi bir saatlıq pul verib. Dostlar söz veriblər ki, həmin pul hesabda görünəndən sonra 1 saat ərzində geri qaytarılacaq. Belə desək, zərərçəkmiş dostlarının xahişinin və yaxşılığının qurbanı olub.

Hadisə günü Natiq, Dəniz və dostları birgə 6 saylı “ASAN Xidmət”ə gəliblər. Pulları götürüb guya hesaba mədaxil etmək üçün aşağı mərtəbəyə düşən Dəniz oradan qaçıb.
Natiqi Mustafayevin başına gələnlər barəsində Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsinə müraciət edib. Dərhal polis hərəkətə keçib, şikayət edilən şəxs axtarışa verilib.

Bir neçə gün əvvəl Dəniz tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Xətai Rayon Məhkıməsinin qərarı ilə Dəniz Mustafayev barəsində 2 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, ziyanı ödəyib barışıq əldə etməyəcəyi halda 5 ilə kimi həbsə məhkum edilə bilər./Qafqazinfo

Xəbər 3864 dəfə oxunub.




12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +