Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


18.04.2024  11:17 

Fransadakı Azərbaycan diasporu risk altında fəaliyyət göstərir - Fuad Hüseynzadə





A+  A-

“Fransada Azərbaycan diasporu üçün ən böyük risk erməni lobbisi və onların yerli havadarlarıdır”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.TV-yə açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. Onun sözlərinə görə, Fransa son zamanlar anti-Azərbaycan fəaliyyəti göstərir:

“Bunu həm Fransanın özündə, həm də Azərbaycana qarşı fəaliyyətində müşahidə edirik. Fransanın ermənipərəst mövqedə olması, dəstək verməsi bu ölkənin Azərbaycanla münasibətlərində müsbət addım atmaq niyyətində olmadığını göstərir. Belə olan halda Fransadakı Azərbaycan diasporu risk altında fəaliyyət göstərir”.

F.Hüseynzadə vurğulayıb ki, Fransada Xurşidbanu Natavanın heykəlinə qarşı vandallıq, eyni zamanda səfirliyimizə qarşı dəfələrlə hücumlar olub.



“Təəssüf ki, Fransa qurumları bununla bağlı rəsmi mövqe sərgiləməyib. Bütün bunlar Fransanın qeyri- demokratik ölkə olmasını göstərir. Buna görə də Azərbaycan diasporu risk altında fəaliyyət göstərməli olur. Ermənilər hər zaman çalışırlar ki, azərbaycanlılara qarşı vandallıq əməli törədən addımlar atsınlar, onların fəaliyyətinə mane olsunlar. Baxın, azərbaycanlılar Fransada tədbir keçirəndə erməni lobbisi həmin ərazidə aksiya edir. Əlbəttə ki, onların bu addımının heç bir təsiri olmayıb və azərbaycanlılar öz tədbirlərin keçiriblər”.

F.Hüseynzadə qeyd edib ki, Fransadakı diasporumuza qarşı anti-Azərbaycan addımlar atıla bilər:

“Azərbaycan diasporları ehiyatlı davranmalı, eyni zamanda fəaliyyətlərində erməni lobbisindən gözlənilən təhlükənin qarşısını almaq üçün tədbirlər görməlidirlər”.

Həsən Hüseynov
Diaspora.TV


Xəbər 3943 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +