XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


18.07.2025  18:29 

Dörd nəfərlik qəbir yeri 50 min manata... - Yasamalda





A+  A-

Bakıda Yasamal qəbiristanlığında bir nəfərin məzar yeri təxminən 15-20 min manata satılırmış. Bunu Yasamal bələdiyyəsinin ərazi idarəetmə şöbəsinin keçmiş müdiri Rizvan Mahmudovla qəbiristanlığın nəzarətçisi Elçin Soltanov da etiraf ediblər.

Bakı şəhər İcra Hakimiyyəti Yasamal qəbiristanlığını 2019-cu ildə təhvil-təslim aktı ilə Yasamal bələdiyyəsinin balansına verib. Bələdiyyə sədri Tahir Məmmədov da qəbiristanlığa nəzarəti şöbə müdiri R.Mahmudova həvalə edib. Onun rəhbərlik etdiyi ərazi idarəetmə şöbəsi sonradan “bələdiyyə mülkiyyətinə nəzarət şöbəsi” adlandırılıb.

R.Mahmudov bu ilin aprelində qəbiristanlıqda dörd nəfərlik məzar yerini 50 min manata satmaq cəhdinə görə həbs edilib. Üç ay həbsdə saxlanılan keçmiş şöbə müdiri iyulun 14-də azadlığa buraxılıb. Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsiylə təqsirli bilinən keçmiş şöbə müdirinə 7 min manat cərimə cəzası kəsilib.

R.Mahmudov özünü təqsirli bilir və peşman olduğunu deyir. O, dörd nəfərlik məzar yeri almaq istəyən Anar adlı şəxsin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayəti əsasında həbs olunub. Cinayət işinin materiallarına görə, həmin şəxs öncə qəbiristanlıqdakı nəzarətçinin yanına gəlib, anasının xərçəng xəstəliyindən əziyyət çəkdiyini, durumunun ağır olduğunu deyib və yer istəyib.

Nəzarətçi bir məzar yerinin 20 min manat olduğunu söyləyib. Ona bir yox, bir neçə nəfərlik yer lazım olduğunu deyəndə isə nəzarətçi bələdiyyənin şöbə müdiri R.Mahmudovla əlaqə saxlamağı məsləhət görüb. Nəzarətçinin vasitəçiliyi ilə onların arasında əlaqə baş tutub.

“Rizvan dedi ki, 9-cu sektorda yerlər var. Həmin sektorda da bir qəbir yerinin qiyməti 20 min manatdan başlanır. Ancaq Elçinin (qəbiristanlığın nəzarətçisi – red.) yaxını olduğuna görə 15 minə də olar. Zarafatyana dedim ki, şəhərin bahalı yerində ev üçün torpaq sahəsi almıram, qəbir yeri almaq istəyirəm”, – şikayətçinin öz ifadəsində dilə gətirdiyi sözlərdir.

R.Mahmudov da deyilənləri təsdiqləyib. Etiraf edib ki, sonda dörd nəfərlik qəbir yerindən ötrü 50 min manata razılaşıblar. Öncə aprelin 10-da gətirib 5 min manatı nəzarətçiyə verib. Aprelin 23-də isə qalan 45 mini onun özünə çatdırıb. Həmin pulu götürüb bələdiyyə binasına gələrkən, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları onu saxlayıb. Sonradan bilib ki, hələ öncəki 5 min manat veriləndə də prosesin audio və videoyazısı aparılıb.

R.Mahmudov həmin qəbiristanlıqda yerlərin tam dolduğunu bildirib. Arxa hissədə – “Qanlı göl” adlanan yerin suyu quruduğu yerdə yeni sahə ayrılıb, orada yeni qəbir yerləri salınıb. Onun sözlərinə görə, həmin qəbiristanlıqdakı yerlər bələdiyyə sədrinin qərarı ilə pulsuz verilməlidir./Gununsesi.info

Xəbər 712 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +