Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


20.11.2019  12:37 

DİN külli miqdarda narkotik aşkarladı





A+  A-

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. Belə ki, əldə edilən əməliyyat məlumatı əsasında Yevlax rayon sakinləri Müqabil Məmmədov və əvvəllər məhkum olunmuş Rəşad Şükürov Nəsimi rayonu ərazisində saxlanılıblar.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, M.Məmmədovun üzərində şəxsi axtarış aparılan zaman 47,542 qram narkotik vasitə heroin, 49,862 qram psixotrop maddə metamfetamin, 52,324 qram tiryək və 19,236 qram qurudulmuş marixuana, digər şəxs R.Şükürovdan isə 51,710 qram narkotik vasitə tiryək aşkar edililərək götürülüb. Araşdırma zamanı M.Məmmədov və R.Şükürovun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. Onların bir müddət imiş ki, yaşadıqları Yevlax rayonundan Bakıya satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr gətirdikləri məlum olub.

Faktla bağlı saxlanılan şəxslər barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Xəbər 1488 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +