Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


07.10.2024  19:28 

Fəridə ömürlük həbs cəzası verildi - Foto,Video





A+  A-

20 yaşlı arvadını və 8 aylıq körpəsini amansızlıqla öldürməkdə ittiham olunan Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Xəzərnews.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti təqsirləndirilən şəxsə heç bir güzəşt etmədən, ömürlük məhkum edilməsinə hökm edib.

F.Hüseynli qalan ömrünü həbsxanada keçirəcək.

Qeyd edək ki, dəhşətli cinayət hadisəsi ötən ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

İttihama görə, 30 yaşlı Fərid Hüseynli yaşadıqları evdə əvvəlcə 20 yaşlı arvadı Leylanı, sonra isə 8 aylıq körpəsi Aylanı bıçaqlayaraq öldürüb. O, özünü də öldürmək istəyib, amma həyatını xilas etmək mümkün olub.

Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub. O, biologiya müəllimliyi ixtisası üzrə təhsil alırdı.

Bu işin məhkəmə istintaqı qapalı keçirildiyi üçün cinayətin səbəbləri bilinmir.







Xəbər 5906 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +