Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


03.08.2017  14:29 

Ermənistan ordusunda qarşıdurma baş verib





A+  A-

Azərbaycanın işğal olunmuş Ağdərə bölgəsində yerləşən Ermənistan ordusunun hərbi hissələrindən birində iki hərbçi arasında mübahisə baş verib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, təhqirlərə və fiziki təzyiqlərə dözməyən Qalustyan soyadlı əsgər gecə saatlarında, şəxsi heyət istirahət edən vaxt, qaynar suyu yatdığı yerdə onu incidən digər əsgərin üzərinə töküb. Hələlik adı gizlədilən həmin hərbçi baş-boyun hissəsindən müxtəlif dərəcəli ağır yanıqlar aldığından təcili hospitala yerləşdirilib.

Son günlər nizamnamədən kənar münasibətlər zəminində baş verən növbəti hadisə zamanı bir neçə erməni hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xankəndindəki hərbi hospitala yerləşdiriliblər. Belə ki, Madagizdə yerləşən hərbi hissələrdən birində xidmət edən iki zabit həddən artıq spirtli içki qəbul edəndən sonra heç bir əsas olmadan əsgərləri döyməyə başlayıblar. Hadisə zamanı fiziki təzyiqlərə məruz qalan Razmik Poqosyan, Armen Yeğizaryan, Mxitar Hayriyan, Samvel Manukyan, Karapet Torosyan adlı gənc əsgərlər ifadə vermək üçün Xankəndindəki baş hərbi istintaq idarəsinə aparılıblar.

Daha bir hadisə zamanı “Qalx” komandasını yerinə yetirməkdən imtina edən Yervand Qasparyan adlı əsgərin Suvaryan soyadlı manqa komandiri tərəfindən döyülməsi olub. Uşaqlarına qarşı bu cür münasibətdən hiddətlənən valideynləri komandanlığa şikayət ediblər. Lakin yerli komandirlərin hədə-qorxularından sonra əsgərin valideynləri gələcəkdə də övladlarına qarşı bu cür qəddarlığın baş verə biləcəyindən ehtiyat edərək şikayətlərini geri götürmək məcburiyyətində qalıblar.

Xəbər 1461 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +