Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


06.10.2023  14:50 

Sülhməramlı kontingent Dağlıq Qarabağdan çıxarılır: Müzakirə başladı





A+  A-

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün bu gün İrəvana səfər edəcək.

Xəzərnews.az xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbələrdən məlumat verilib.

"Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdan çıxarılmasının konkret tarixləri müzakirə olunacaq", - mənbə bildirib.

"Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci ildə imzaladığı atəşkəs bəyannaməsinə əsasən regionda yerləşdirilib. Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddəti müqavilənin imzalandığı tarixdən etibarən beş il müddətinə müəyyən edilib. Əgər müqavilə tərəflərindən heç biri müddətin bitməsinə 6 ay qalmış bu müddəanın tətbiqini dayandırmaq niyyətin bəyan etməsə, müddət avtomatik olaraq daha beş il uzadılır.

2023-cü il sentyabrın 19-da Dağlıq Qarabağda növbəti eskalasiya başlayıb. Bakı hərbi əməliyyatın başlanmasını elan edib. İrəvan baş verənləri “genişmiqyaslı təcavüz” adlandırıb. Rusiya münaqişə tərəflərini qan tökülməsinidayandırmağa və diplomatik həll yoluna qayıtmağa çağırıb. Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunub və ertəsi gün Azərbaycanın Yevlax şəhərində Bakı və Qarabağın erməni əhalisinin nümayəndələrinin “reinteqrasiya məsələlərini müzakirə etmək üçün” görüşü keçirilib", - deyə TASS-ın məlumatında bildirilir.

Xəbər 6360 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +