Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


05.10.2023  14:32 

“Elegant” mağazası ərazinin piyada səkisinin tutub





A+  A-

Bakının Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsinin Həsən Əliyev küçəsi ilə kəsişməsi yaxınlığındakı “Elegant” mağazası ərazisini piyada səkisinin hesabına artırıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov sosial şəbəkə səhifəsində məlumat verib.

O bildirib ki, yaşadığı küçənin ətrafında hər hansı istirahət parkı da yoxdur: “Müəyyən ərazilər istisna olmaqla, artıq piyada gəzmək mümkün deyil. Bu azmış kimi piyadalar üçün səkilərin də günü-gündən zəbt olunduğunu görürük.

Dünən hər gün getdiyim Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquuzadə küçəsi ilə Həsən Əlliyev küçəsinin kəsişməsindən üzü Bakıxanov küçəsi itiqamətinə düşəndə yolun sağ tərəfində, piyadaların keçidi üçün səkinin zəbt olunaraq təcili surətdə əlavə artırılma aparıldığını gördüm. Rəsmi olaraq müvafiq qurumlara şikayətlər göndərmişəm.

Onun sökülməsini tələb etmişəm. Mağazanın adı “Eleqant Əmiraslanoğlu”dur. Lakin bu mənzərə heç də eleqant görsənmir”.

Qeyd edək ki, Bakıda piyada səkilərinin zəbt edilməsi, orada tikinti aparılması, köşklərin qoyulması kimi hallara tez-tez rast gəlinir.



Xəbər 5327 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +