Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


30.10.2020  10:06 

İspaniya fövqəladə vəziyyəti 6 ay da uzatdı





A+  A-

İspaniya parlamenti koronavirusla mübarizə çərçivəsində ölkədə fövqəladə vəziyyətin daha 6 ay uzadılmasına qərar verib.
XəzərNews.az xarici KİV- ə istinadən xəbər verir ki, parlamentin iclasında 350 üzvündən 194-ü bu qərarın lehinə, 99-u bitərəf qalıb, 53-ü isə əleyhinə səs verib.

Bundan əlavə, İspaniyada oktyabrın 25-dən etibarən yenidən küçələrə çıxmaq qadağası qüvvəyə minib və 6 nəfərdən artıq insanın bir yerə toplanması qadağan edilib.

Qeyd edək ki, bu ilin 14 mart tarixindən etibarən 21 iyuna qədər İspaniyada komendant saatı tətbiq olunub. Qaydalara uyğun olaraq məcbur olmadıqca işə getmək, alış-veriş etmək, küçələrə çıxmaq qadağası qüvvədə idi. Həmçinin məktəblər, bar və restoranların müvəqqəti fəaliyyəti dayandırılmışdı.

Xatırladaq ki, İspaniya Səhiyyə Nazirliyinin verdiyi məlumatda bildirilir ki, ölkədə koronavirusdan 35639 nəfər dünyasını dəyişib.

Xəbər 1864 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +