Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


30.01.2023  20:15 

Azərbaycan Bütövlük Platforması Xoy şəhəri ilə bağlı müraciət yaydı





A+  A-

Azərbaycan Bütövlük Platforması Güney Azərbaycanın Xoy şəhərində və ətraf kəndlərdə baş verən zəlzələ nəticəsində minlərlə soydaşımızın evsiz- eşiksiz qalması, aclıq və səfalətlə üzləşməsi ilə bağlı müraciət yayıb.

XəzərNews.az xəbər verir ki, müraciətdə deyilir:

- Hər zaman Azərbaycan türklərinə qarşı ögey və düşmən münasibət bəsləyən Tehran rejimi soydaşlarımıza çox vacib olan həyati əhəmiyyətli ilkin yardımların edilməsini belə yubadır və ya ümumiyyətlə etmir.

Bu gün Xoy şəhərində və ətraf kəndlərdə insanlıq dramı yaşanır. Uşaqlar, qadınlar, qocalar və xəstələr soyuqdan və aclıqdan əziyyət çəkir. Xoylu soydaşlarımızın yaşadığı faciəyə bir millət kimi dərhal təpki verməli, birliyimizin möhkəmlənməsinə xüsusi diqqət göstərməliyik.

Köməyə ehtiyacı olan bacı və qardaşlarımıza maddi və mənəvi dəstəyimizi əsirgəməməliyik. Onların ümid dolu baxışları Azərbaycan Respublikasına dikilib.

Azərbaycan Bütövlük Platforması olaraq ölkə vətəndaşlarımıza, ziyalılarımıza, yaradıcı insanlarımıza, iş adamlarımıza, vətəndaş cəmiyyəti fəallarımıza, siyasi partiyalara, və xüsusilə də dövlət başçısı cənab prezdent İlham Əliyevə müraciət edirik.

Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin xətti ilə soydaşlarımıza onların daha çox diqqətə və qayğıya ehtiyacları olduğu vaxt maddi və mənəvi dəstəyimizi əsirgəməyək.

Vaxtilə qardaş Türkiyə Cumhuriyyətində zəlzələ və meşə yanğınları olan zaman Azərbaycan dövlət və millət olaraq anadolulu qardaşlarımıza özünün maddi və mənəvi dəstəyini verdi. O ibrətamiz münasibət bir daha təkrarlanmalı, bu gün də Azərbaycan dövlət və millət olaraq ağır vəziyyətdə olan güneyli soydaşlarımıza özünün maddi və mənəvi dəstəyini verməlidir.

Əziz soydaşlarımız!

Zaman birlik və bərabərlik zamanıdır.
Bütün vətəndaşlarımızın bu çağırışa qoşulması diləyi ilə Azərbaycan Bütövlük Platforması.





Xəbər 1285 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +