Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


12.04.2020  12:50 

Bu sürücülər cərimə olunacaqlar





A+  A-

Nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələri onlayn şəkildə verilir.
İcbari Sığorta Bürosundan XəzərNews.az-a daxil olan məlumata görə, bunun üçün nəqliyyat vasitəsi sahibinin sığorta şirkətinə gəlməsinə ehtiyac yoxdur.

Dövlət Yol Polisi İdarəsinin COVİD 19 pandemiyası ilə əlaqədar elan edilmiş karantin rejimində hərəkətdə olan avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesinin dayandırılması barədə qərarı müddəti bitmiş icbari sığorta müqavilələrinə aid deyil.

Avtomobilin icbari sığorta müqaviləsinin müddəti bitibsə və sürücü buna baxmayaraq nəqliyyat vasitəsini idarə etməyə davam edirsə həmin avtomobil xüsusi texniki vasitələrlə aşkarlanacaq. Müvafiq qaydada cərimə tədbiq olunacaq.
Karantin müddətində sığorta şirkətlərinin fəaliyyətində heç bir məhdudiyyətin olmadığı üçün İcbari Sığorta Bürosu sürücüləri nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələrinin alınmasını onlayn şəkildə həyata keçirməyə çağırır.

Xəbər 1357 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +