Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib
Rusiyanın 115 milyard avrosu Ukraynaya verilir
Güllələnənən şəxs Mətanət Quliyevanın oğludur
Neftin qiyməti aşağı düşdü
Müşfiqabad və 28 Mayda işıq olmayacaq
Evlər, həyətlər, Hətta küçələr də suya qərq olub... - Video
Məcburi köçkünlərə verilən müavinət dayandırılacaq
Ərdoğan Viktor Orbanla görüşüb


21.10.2023  22:17 

Hazırda erməni lobbisi dünya üzrə səfərbər olub -Politoloq





A+  A-

Nikol Paşinyanın və ümumiyyətlə, Ermənistanın xarici siyasəti yalan və riyakarlıq üzərində formalaşıb. Heç kimə sirr deyil ki, Paşinyan hər an başqa bir fikir səsləndirə bilən adamdır. Ona görə də, onun indiki halda özünü “sülhpərvər” kimi göstərməsi məkirli siyasətin davamıdır. Əgər o sülh istəyirdisə, II Qarabağ müharibəsindən dərhal sonra sərfəli şərtlərlə bu istiqamətdə addım ata bilərdi.

Xəzərnews.az xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

O qeyd edib ki, Paşinyan sülhpərvər kimi görünməklə yanaşı, paralel olaraq anti-Azərbaycan mesajları səsləndirir:

“Hazırda erməni lobbisi dünya üzrə səfərbər olub. Azərbaycana qarşı mərhələ-mərhələ ayrı-ayrı ölkələrin “bəyanatlarının” qəbuluna çalışılır. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər ölkələrin vermiş olduğu “bəyanatlar” buna aiddir. Ona görə də, bu kimi yanaşmaları təəccüblə qarşılamaq olmaz. Bu, Ermənistanın ənənəvi “siyasətidir”.

Politoloqa görə, bütün bunların fonunda Ermənistanın Azərbaycanla sülh sazişi imzalamaqdan başqa yolu yoxdur:

“Paşinyanın qarşı çıxdığı kommunikasiya xətlərinin açılması üçün indiki halda əldən-ayaqdan getməsi də təsadüfi deyil. O yeni şərait formalaşdırmağa çalışır. Çünki Paşinyanın gələcəyi kommunikasiyaların açılmasından asılıdır”.

Yeganə Hacıyeva hesab edir ki, Zəngəzur dəhlizi və kommunikasiyaların sülh və alternativ variantlarla açılması məsələsi gündəmdədir:

“Reallıq odur ki, Azərbaycan heç bir halda beynəlxalq hüquqla tanınan ərazilərdən kənarda hər hansı hərbi əməliyyata razılıq verməyib, verməyəcək.

Əslində Paşinyanın Avropa Parlamentində bu dəhlizin açılmasından danışmasının da səbəbləri başqadır. Bu, Ermənistanın inkişaf perspektivinin olmaması ilə bağlıdır. Bunu sığortalamaq lazımdır.

Erməni lobbisinin verdiyi qəpik-quruş Ermənistan dövləti üçün kifayət etmir. Paşinyanın isə ölkəyə iqtisadi gəlir gətirən lider kimi yadda qalmaq şansı var. O da bundan istifadə etmək istəyir.

Sadəcə olaraq erməni tərəfi növbəti dəfə spekuliyasiya edir. Reallıq odur ki, kommunikasiya xətləri açılmalıdır. Burada Zəngəzur adına olan qısqanclıq isə tarixi və digər məqamlarla izah olunur. Amma bu işin mahiyyətini dəyişmir”./Teleqraf


Xəbər 3274 dəfə oxunub.




09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +