Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


23.11.2022  00:10 

BMT “ölüb“...





A+  A-

Nəhayət ki, BMT İrandakı anti-insani vəziyyətlə bağlı guya, narahat olmağa başlayıb.

Belə ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) İranda vəziyyətin kritik olduğunu bildirib. Təşkilatın insan haqları üzrə komissarı Volker Türk İranda son 2 ayda baş verən etiraz aksiyaları zamanı hakimiyyətin güc strukturları tərəfindən 300-dən çox insanın, o cümlədən 40-dan çox uşağın öldürüldüyünü açıqlayıb.

Bəzi mənbələrə görə isə 68 gündür davam edən bu nümayişlərdə hökumət qüvvələri tərəfindən öldürülən etirazçıların sayı 434-ə çatıb, 17.473 nəfər isə saxlanılıb. Onların əksəriyyəti işgəncələrə məruz qalıb.

Molla rejimi dünya birliyi tərəfindən ciddi təpkiyə rast gəlmədiyinə görə etirazçılara divan tutur. Etirazları yatırmaq üçün bütün güc strukturları və hətta ordu da cəlb olunub.

Molla rejimi bu dəfə də kəfəni yırtmağı, ayaqda qalmağı bacardı.

Ukraynaya hücum edən Rusiya dünya birliyi tərəfindən ən təzyiqlərə məruz qalsa da, lakin ukraynalıların başına bombaların tökülməsi üçün Rusiyaya kömək edən, ona PUA-lar və raketlər verən və eyni zamanda öz daxilindki etiraz hərakatını qan içində boğan İran isə nədənsə, cəzadan kənarda qalır...

Bu da müasir dünyamızın "ikili standart"larının əcaib nümunələrindən biridir.

BMT-nin ədalətli və obyektiv təşkilata çevrilməyi qaldı Qiyamət gününə. Bu təşkilat proseslərin arxasınca sürünməkdən və quldur dövlətlərin liderlərini saxta "sülh"ə çağırmaqdan başqa heç bir işə yaramır.

Əsl həqiqətdə isə BMT çoxdan "ölüb"...

Bəybala Mirzəyev
XəzərNews.az

Xəbər 2769 dəfə oxunub.




08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +