Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


24.12.2019  15:16 

MİDA sabah 248 mənzili satışa ÇIXARACAQ





A+  A-

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində 16 oktyabr 2019 və 18 oktyabr 2019-cu il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 570 mənzildən 568-nin alqı-satqısı uğurla başa çatdırılıb.
MİDA-dan Modern.az-a verilən məlumata görə, həmin mənzillərdən 17-si 18 oktyabr 2019-cu il tarixində “Güzəştli mənzil” sistemi vasitəsilə gözləmə qaydasında mənzil seçimi etmiş şəxslər tərəfindən əldə edilib:

“Mənzilə sahib olmuş vətəndaşlardan 146-sı mənzili öz vəsaiti hesabına, 422-si isə güzəştli ipoteka krediti hesabına əldə edib. Satışın nəticələri barədə statistik məlumatlarla buradan (https://mida.gov.az/az/statistics/statistics_14/ ) tanış ola bilərsiniz.

Ümumilikdə bu günədək keçirilən 5 satışın nəticəsində 1385 ailə MİDA-nın ilk layihəsi - Yasamal Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub. Güzəştli şərtlərlə əldə edilmiş mənzillərdən 247-si 1 otaqlı, 794-ü 2 otaqlı, 344-si isə 3 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilib”.

Qeyd edilib ki, 25 dekabr 2019-cu ildə Kompleksdə qalan 248 mənzilin satışı həyata keçiriləcək:

“Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə əsasən hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksində yerləşən 436 ədəd tam təmirli mənzil ayrılıb. Hazırda həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi və onların adlarına rəsmiləşdirilməsi istiqamətində işlər davam etdirilir”.

Xəbər 4206 dəfə oxunub.




08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +