Həbibbəylinin intihar edən qohumunun - Fotosu
Nazir idarə rəisini işindən azad etdi
DSMF-nin gələnilki büdcəsi qəbul edildi
Qənimət Zahidovun məhkəməsi keçirilib
Sabunçuda yaşayış evində partlayış
Milli Məclisdə plenar iclas keçirilir
Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib
Rusiyanın 115 milyard avrosu Ukraynaya verilir


13.11.2018  13:52 

Neft ölkələri üçün “bum” dövrü geridə qaldı





A+  A-

Öncədən proqnozlaşdırığımız kimi, Brent markalı neftiin bir bareli hazırda 70 dollarlıq psixoloji həddindən aşağı təklif edir.
Bu barədə XəzərNews.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, birjalarda qara qızılın hər barelinə 69.40 dollar ödənilir:

“Şist neftinin hasilatının artıran ABŞ gündəlik 12 milyon bareldən çox hasilatla dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib. Digər tərəfdən, ABŞ-ın növbəti 6 ayda İran neftinin ixracatına tətbiq edilən sanksiyalarda 8 ölkəyə yaşıl işıq yandırması neft bazarında qiymətlərə birbaşa təsir göstərdi. ABŞ Prezidenti bu addımı neftin dünya bazar qiymətindəki potensial artımların qarşısının alınması üçün etdiyini bildirib. Nümayəndələr Palatasında üstünlük əldə edən demokratlar da yüksək neft qiymətlərində heç zaman maraqlı olmayıblar. Bu arada analtik Jim Cramer CNBC kanalına müsahibəsində Texas markalı neftin hər barelinin qiymətinin 40, Brent markalı qara qızılın qiymətinin 50 dollaradək düşə biləcəyini deyib”.

Ekspertin sözlərinə görə, Rusiya ilə yanaşı, bir sıra digər ölkələrdə də neft hasilatının artması müşahidə edilir:

“Çin birjası isə bahalı neft siyasətinə artıq reaksiyasını göstərib. Bütün bunlar ondan xəbər verir ki, artıq neft ölkələri üçün bum dövrü geridə qalıb. Parisdə yerləşən Beynəlxalq Enerji Akademiyasının rəhbəri yeni şoklardan yayınmaq üçün neft ölkələrini qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmağa çağırıb. Elektrik avtomobillərinin qlobal bazarda möhkəmlənməsi faktı nəzərə alınmaqla, bu gün dünya neft bazarındakı dəyişikliklər məhz yüksək neft qiymətlərində qlobal güclərin maraqları olmadığından xəbər verir. Səudiyyə Ərəbistanın neft hasilatının azaldılması ilə bağlı çağrışı da hətta tərəfdaşları tərəfindən də tam dəstək qazana bilmir. Hər hansı ciddi siyasi faktorlar olmazsa, o zaman 2019-cu ildə də yüksək neft qiymətləri sadəcə istək olacaq. Bu isə o deməkdir ki, neft ölkələrində yaxın gələcəkdə potensial xarici şokları yalnız qeyri-neft sektorunun inkişafı balanslaşdıra bilər”.

Xəbər 3252 dəfə oxunub.



09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +