Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


04.07.2018  22:41 

Prezident Etibar Pirverdiyevi danladı - “Siz utanmalısınız”+ VİDEO





A+  A-

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.
XəzərNews.az xəbər verir ki, müşavirədə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Mingəçevir İES-də baş vermiş qəza ilə bağlı hesabatla çıxış edib.

O, çıxışının əvvəlində Azərbaycanın enerji sistemində yaranmış qəza vəziyyəti ilə əlaqədar olaraq Prezidentdən və enerji tələbatçılarından üzr istəyib.

E.Pirverdiyev son 15 ildə Azərbaycanda enerji sahəsində görülən işlərdən danışarkən prezident “Bilirik 15 ildə nə iş görülüb, sən qəzanın səbəblərini de görək, ölkə niyə qaranlığa bürünüb?” deyərək onun sözünü kəsib.

Daha sonra “Azərenerji” sədri iyunun əvvəlində 50-55 milyon kVatt enerji istehsal edildiyini, bu rəqəmin son 1 həftədə isə 70-75 milyona qalxdığını bildirsə də, İ. Əliyev bunun qəzanın səbəbi olmadığını söyləyib:

“Bəziləri bunu isti hava ilə bağlayır. Bizdən də isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə isə ölkələrin enerji sistemi çökmür. Qəza baş verə bilər. Fəsadları aradan qaldırılmalıdır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi, böyük səhvdir.

İsti havalar qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini xüsusi komissiya araşdıracaq. Siz sadəcə olaraq utanmalısınız. İnsanlara - qocalara, uşaqlara, qadınlara, metroda və liftdə qalanlara, xəstələrə bu isti havada əziyyət vermisiniz. İqtisadiyyata böyük ziyan vurmusunuz”.

VİDEO

Xəbər 2733 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +