Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi
Rusiya Çerniqova PUA-larla hücum edib
Zelenski ABŞ və Avropadan nə gözləyir?
Xurma var, lakin alıcı azdır - Video
Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto


05.12.2025  00:06 

Ukrayna ordusu Rusiyanın zavodlarına zərbələr endirib





A+  A-

Dekabrın 4-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın ən böyük kimya zavodlarından biri olan “Nevinnomıskiy Azot”a hava zərbələri endirib.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbuk hesabında məlumat yayıb.

Məlumatda qeyd olunur ki, zavod Rusiyanın hərbi-sənaye kompleksinin mühüm tərkib hissəsidir, istehsal gücü ildə 1 milyon tondan çox ammonyak və 1,4 milyon tona qədər selit patronu ilə onu partlayıcı maddələr və döyüş sursatlarının istehsalı üçün vacib komponentlərin əsas təchizatçısına çevirir. Hava zərbələri nəticəsində zavodda yanğın baş verib.

Bundan başqa, Ukrayna ordusu Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisinə, Dokuçayevski yaxınlığındakı poliqonda Rusiyanın canlı qüvvəsinə hava zərbələri endirib. Təsdiqlənmiş məlumatlara görə, Rusiyanın 60 hərbçisi ölüb və yaralanıb.

Xəbər 1226 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +