Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


02.12.2025  14:24 

Polis “Zuerx” platformasına qarşı əməliyyat keçirib





A+  A-

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) onlayn dələduzluq piramidası olan “Zuerx” platformasına qarşı əməliyyat keçirib.

XəzərNews.az xəbər verir ki, kiberpolisin həyata keçirdiyi əməliyyatda piramidanı idarə edən şəxslər 32 yaşlı Əli Qarazadə, 35 yaşlı Samir Ağazadə və 39 yaşlı Elmar Xosiyev müəyyən edilərək saxlanılıblar.

Məlum olub ki, onlar vatsap və digər ani mesajlaşma şəbəkələrində yaratdıqları qruplara üzv olan 400 nəfərdən artıq şəxsə “Zuerx” piramidasına kriptovalyuta formasında yatırımlar etməklə böyük məbləğlərdə gəlir qazanacaqlarına dair yalan vədlər veriblər.

Saxlanılan şəxslər insanlarda inam yaratmaq və platformaya yeni üzvlər cəlb etmək məqsədilə zərərçəkənlərin hesablarına bir neçə dəfə kriptovalyuta formasında simvolik məbləğlərdə ödənişlər də köçürüblər.

Şirnikləndirici təkliflərə aldananlar daha çox gəlir əldə etmək niyyətilə həmin dələduzluq piramidasına böyük məbləğlərdə pul vəsaiti göndəriblər. Sonda isə külli miqdarda pul ələ keçirən dəstə üzvləri “Zuerx” piramidasının fəaliyyətini dayandırıblar.

Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

“Bir daha vətəndaşlara onlayn platformalarda qarşılaşa biləcəkləri və heç bir iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin kriptoyatırım adı altında yüksək faizli gəlir təklif edən tətbiqlərə inanmamağı tövsiyə edirik” - nazirliyin məsələ ilə bağlı müraciətində vurğulanıb.

Xəbər 1699 dəfə oxunub.




08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +