Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


02.12.2025  12:12 

Permdə azərbaycan əsilli Rusiya vətəndaşı həbs edilib





A+  A-

Perm hava limanında azərbaycan əsilli Rusiya vətəndaşı həbs edilib.

Adı açıqlanmayan şəxs ölkədən böyük məbləğdə nağd pulun qanunsuz çıxarılması cəhdində ittiham olunur.

Xəbərdə deyilir ki, Azərbaycana uçmaq istəyən Rusiya vətəndaşı “yaşıl dəhliz”dən keçərkən üzərində bəyan edilməsi tələb olunan hər hansı mal və ya pulun olmadığını qeyd edib. Lakin gömrük baxışı zamanı onun baqajında ümumi məbləği 4 milyon rubl (təxminən 87,5 min manat) olan nağd pul tapılaraq müsadirə edilib.

Faktla bağlı RF Cinayət Məcəlləsinin 200.1-ci maddəsinin 1-ci hissəsi (böyük məbləğdə nağd pul qaçaqmalçılığı) üzrə cinayət işi başlanıb. Həmin maddədə qanunsuz aparılan pulun on qatı məbləğində cərimə və ya iki ilədək azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulur.

İttiham aktı artıq Perm Nəqliyyat Prokurorluğu tərəfindən təsdiqlənib, işin materialları baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, Avrasiya İqtisadi Birliyinin gömrük qanunvericiliyinə əsasən, sərhəddən keçirilən nağd pulun məbləği 10 min ABŞ dolları (17000 manat) ekvivalentini aşdıqda yazılı şəkildə bəyan edilməsi məcburidir. Aşkar edilmiş məbləğ müəyyən olunmuş limitdən 5 dəfədən çoxdur./Bakupost.az


Xəbər 1598 dəfə oxunub.




08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +