200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


23.11.2022  10:37 

Sahibkar barəsində inzibati protokol tərtib edilib





A+  A-

Göygöl rayonunun Üçtəpə kəndi ərazisində fiziki şəxs Hüseynov Əli Yaqub oğluna məxsus bağırsaq emalı müəssisəsində yoxlama aparılıb.

XəzərNews.az Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinə istinadən xəbər verir ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, istifadə olunan alət və avadanlıqların asan təmizlənə bilən və korroziyaya davamlı materiallardan təşkil olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi və digər nöqsanlar müəyyən olunub.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Xəbər 1045 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +