200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


27.09.2018  13:25 

Qazaxda polisə çağırılan şəxs döyülərək öldürülüb?





A+  A-

Qazax Rayon Polis bölməsində rayon sakini Elmir Axundovun işgəncə verilərək öldürüldüyü iddia olunur.
XəzərNews.az xəbər verir ki, bu barədə E. Axundovun bacısı Ülviyyə Axundova məlumat verib. Onun sözlərinə görə, sentyabrın 25-də E. Axundov Qazax Rayon Polis İdarəsinə çağırılıb. Bacısı iddia edib ki, polisə izahat vermək üçün çağırılan rayon sakini orada döyülərək öldürülüb.

"Evdə idik. Axşam Bakıya gedəcəkdik. Qardaşım siqaret almaq üçün mağazaya getdi. Sonra xəbər gəldi ki, onu maşına mindirib, polis idarəsinə aparıblar. Eşidən kimi polis idarəsinə getdim. Məni içəri buraxmadılar. Az sonra təcili tibbi yardım maşını gəldi. Nə olduğunu soruşdum, mənə heç bir məlumat vermədilər. Dedilər, içəridə kimsə dalaşıb, həkim ona görə gəlib. Az sonra xəstəxanadan zəng etdilər ki, qardaşınızı vurub öldürüblər, gəlin aparın”, - deyə qadın bildirib.

İşgəncələrə qarşı Azərbaycan Komitəsi Qazax rayon Polis Şöbəsində baş verən ölümlə bağlı araşdırma aparıb.

Komitə sədri Tural Hüseynovun Trend-ə verdiyi məlumata görə, araşdırma zamanı polis şöbəsində dünyasını dəyişən Elmir Axundovun bir gün əvvəl rayonda "Polisə İctimai Dəstək” üzvü ilə dalaşdığı məlum olub: "E.Axundov həmin şəxslə bağlı prokurorluğa, "Polisə İctimai Dəstək” üzvü isə iki dişini qırdığı üçün E.Axundovla bağlı polisə şikayət edib. Polisə daxil olan şikayət əsasında şöbəyə çağırılan E.Axundov özünü pis hiss edib, dərhal xəstəxanaya aparılıb və xəstəxanada dünyasını dəyişib. E.Axundovun bədənindəki izlər isə dalaşdığı zaman aldığı xəsarətlər olub”.

Komitə sədri deyib ki, E.Axundov əvvəllər 3 dəfə məhkum olunub.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər 1618 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +