200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


04.04.2018  11:21 

Azərbaycanda daha bir torpaq sürüşməsi: 7 ailənin evi dağıldı





A+  A-

Şamaxı şəhərində yenidən aktivləşən torpaq sürüşməsi evlərin qəzalı vəziyyətə düşməsinə səbəb olub.
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, torpaq sürüşməsi əsasən Şamaxı şəhərinin 48-ci məhəlləsinin sakinlərini çətin duruma salıb.

Son vaxtlar Şamaxıya yağan qar və yağışdan sonra yenidən aktivləşən torpaq sürüşməsi geniş ərazini əhatə edib, nəticədə evlərdə iri çatlar əmələ gəlib.

Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi hazırda davam edir və dağdan axıb gələn torpaq kütləsi evlərə doğru hərəkət edir. Uzunluğu 150 metr, eni 100 metr olan torpaq kütləsi bir gün ərzində 80 santimetr axın edərək evlərə yaxınlaşıb. Torpaq kütləsi məhəllədaxili yolların bağlanmasına, çardaq və hasarların uçmasına səbəb olub.

Hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb, böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxaraq ərazidə gölməçələr əmələ gəlib. Sürüşmə ərazisindən keçən su borusu da qırılaraq torpaq kütləsinin altında qalıb.

Sürüşmə qısa vaxtda tikililəri də əhatə edib. Həyətyanı sahələrin hasarları torpağın altında qalıb, evlərin və yardımçı tikililərin divarlarında iri çatlar əmələ gəlib. İki ailəyə məxsus yaşayış evi qəzalı vəziyyətə düşüb.

Sürüşmə ərazisində 15 fərdi yaşayış evi yerləşir. Artıq 7 ailənin üzvləri qəzalı vəziyyətə düşən evini tərk etmək məcburiyyətində qalaraq başa yerlərə köçüb. Hazırda 8 ailə torpaq uçqununun baş verdiyi təhlükəli ərazidə yaşayır.

Xəbər 1741 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +