Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib
Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir


02.05.2025  11:37 

Sabiq polis məhkəmə zalında həbs olundu: 2.5 milyonluq dələduzluq





A+  A-

Ali Məhkəmədə 2.5 milyon manatlıq dələduzluqda təqsirləndirilən keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin barəsindəki qərardan verdiyi kassasiya şikayətinə baxılıb.

XəzərNews.az oxu.az-a istinadla xəbər verir ki, prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

İttihama görə, Xətai Rayon Polis İdarəsinin sabiq əməliyyat müvəkkili Elvin Həşimli sahibkar Möhkəm Səmədova biznes qurmaq məqsədilə yalan vədlər verərək, onun 2.5 milyon manatını dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işi üzrə məhkəmə prosesinin sonunda dövlət ittihamçısı E.Həşimliyə 12 il həbs cəzası tələb etsə də, məhkəmə fakt sübuta yetirilmədiyi qənaətinə gələrək ona bəraət verib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlasa da, prokuror Ali Məhkəməyə kassasiya protesti verib. Ali Məhkəmə protesti təmin edib, iş yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Elvin Həşimli 10 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Xəbər 3365 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +