Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


21.06.2023  15:11 

“Belə çıxır ki, jurnalistlər kiminsə saqqalının altından keçməlidir” - ETİRAZ 





A+  A-

“Mən kirayədə yaşayan, o cümlədən mənzil şəraiti ağır olan jurnalistlərin güzəştli şərtlərlə ev alacağına inanmıram. Şərtlər jurnalistlərin əleyhinədir. Əgər belə olmasaydı, evsiz jurnalistlər güzəştli ipoteka yolu ilə problemlərini həll edərdilər. Bu təşəbbüs imitasiya xarakteri daşıyır və jurnalistlərin problemlərinin həllinə xidmət etmir”. 

XəzərNews.az xəbər verir ki, bu sözləri Bakı-Xəbər"ə açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. O, jurnalistlərin MİDA-dan ev ala biləcəyinə inanmadığını bildirib: “Əvvəla, MİDA-da satış prosesi şəffaf qurulmayıb. İkincisi, texniki problemlər var, hansısa jurnalistin 7-8 saniyəyə ev qapması mümkün deyil. Bu işi ancaq İT mütəxəssisləri həll edə bilər. Biz isə jurnalistik, İT mütəxəssisi deyilik. Belə çıxır ki, kiminsə saqqalının altından keçməliyik ki, ildrım sürəti ilə bizə ev alsın. Bir ziyalını, bir jurnalisti bu duruma salmaq doğru deyil”. 

S.Verdizadə deyib ki, jurnalistlərin mənzil probleminin həllinin çox asan yolu var: “Bildiyiniz kimi, Bayıl qəsəbəsində jurnalistlər üçün 255 mənzillik bina tikilib. Həmin evləri açıq, şəffaf və ədalətli şəkildə mənzilə ehtiyacı olan jurnalistlər arasında bölməklə bu problemi həll etmək mümkündür”.

Xəbər 2801 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +