Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


26.02.2023  10:56 

Azərbaycanı yeni “SSRİ“dən Ukrayna xilas edib?





A+  A-

“Rusiya-Azərbaycan müttəfiqlik anlaşmasının bir ili səssiz-sədasız tamam oldu. Biz Rusiyanın Ukraynada qələbəsinə əmin olaraq Putinin quracağı yeni "SSRİ"də yerimizi bəri başdan ayırmışdıq. Bu sənədin başqa bir izahı yoxdur. Ukrayna xalqı öz tarixi əhəmiyyətli müqaviməti ilə bizi və bütün keçmiş sovet xalqlarını bu aqibətdən qurtardı”.

XəzərNews.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli özünün feysbuk hesabında yazıb.

O bildirib ki, əgər hərbi əməliyyat Rusiya Prezidenti Vladimir Putinin planlaşdırdığı kimi getsəydi 2022-ci il onun triumfu kimi tarixə keçəcəkdi:

“Bildiyiniz kimi, 2022-ci il Sovet Sosialist Respublikaları İttifaqının təsis olunmasının 100-cü ildönümü idi. Putinin simvolik, sakral tarixlərə, numerologiyaya önəm verən lider olduğu məlumdur. Əgər hərbi əməliyyat onun planlaşdırdığı kimi getsəydi və Ukraynanı Rusiya təsir sferasına qaytarmaq mümkün olsaydı, bu hadisə və ümumən 2022-ci il Putinin triumfu kimi tarixə keçəcəkdi.

Şübhə yoxdur ki, Kiyevdə Moskvaya bağlı kukla rejim qurulduqdan sonra Ukrayna Rusiya-Belarus İttifaq Dövlətinə qoşulacaqdı. Ukraynanın Kremlin iradəsinə tabe etdirilməsindən sonra digər postsovet ölkələrinin də başqa yolu qalmayacaqdı və beləliklə, 100-cü ildönümdə Putin geosiyasi fəlakət adlandırdığı hadisənin (SSRİ-nin dağılmasının) nəticələrini aradan qaldırmış olacaqdı. Ukraynaya hücum əmri verən rus tiranın baş planı bu idi.

Lakin plan baş tutmadı və proyekt iflasa uğradı. Putin rejiminin aqoniyası başlayıb...”

Xəbər 1276 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +