Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


01.12.2022  10:34 

“Onu ciddi sənəd hesab etməyin” - Fransa senatoru





A+  A-

Ötən gün Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya Azərbaycana qarşı təxribat xarakterli qətnamə qəbul edib. Qətnaməyə 256 deputat lehinə səs verib, əleyhinə səs verən olmayıb.

Qeyd edək ki, qondarma qətnamədə Azərbaycana qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur.

Sözügedən sənəddə Azərbaycan vətəndaşlarının 30 illik işğal dövründə fundamental insan hüquqlarından məhrum olunması, Ermənistanın törətdiyi müharibə cinayətləri, dinc əhaliyə qarşı qətliam və digər qanunsuz əməlləri diqqətdən kənarda saxlanılıb. Bunun əksinə olaraq, Azərbaycan "işğalçı" kimi təqdim olunub.

Bundan əvvəl Fransa Senatı da Azərbaycan əleyhinə qətnamə qəbul edib. Səsvermə zamanı yalnız bir nəfər - Fransa Senatının üzvü Natali Qule saxta qətnamənin əleyhinə səs verib.

Fransa Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini, habelə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule Modern.az-a açıqlamasında bildirib ki, aşağı palatada qəbul olunan qətnamə eyni məkirli siyasətin nəticəsidir.

“Eyni pislik yenə də davam edir. Bu, sırf erməni lobbisinin xoşuna gəlmək üçün edilən addımdır. Qanuni qüvvəyə malik olmayan eyni prosesdir. Bu qətnamənin Fransanın imicinə xələl gətirməkdən başqa heç bir hüquqi və ya məcburi təsiri yoxdur.

Mən Azərbaycan xalqına bildirirəm ki, bu, effektiv deyil və onu ciddi sənəd hesab etməyin. Bu, həmçinin Fransa hökumətinin mövqeyi ifadə etməyib. Beynəlxalq əlaqələr parlamentin səlahiyyətlərində deyil. Odur ki, bunu döyüş meydanlarında qazana bilmədiklərini boş qərarlarla qazanmağa çalışan ermənilərin ümidsiz cəhdi kimi qəbul edin. Azərbaycanın haqq yolunda olduğuna əminəm. Bu qətnamənin Azərbaycana heç bir mənfi təsiri olmayacaq”, - deyə Natali Qule vurğulayıb.

Xəbər 965 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +