Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


30.11.2022  18:24 

Ceyhun Bayramov erməni təxribatından danışdı





A+  A-

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Polşanın paytaxtı Varşava şəhərində Azərbaycanşünaslıq üzrə I Avropa Konfransı çərçivəsində “Bölgədə yeni reallıqlar: Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının və davamlı sülhün perspektivləri” mövzusunda tədbirdə iştirak edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Avropadan 30-a yaxın düşüncə və tədqiqat mərkəzlərinin nümayəndələrinin qatıldığı tədbirdə C.Bayramov çıxış edib.

Nazir Ceyhun Bayramov çıxış zamanı Azərbaycanın xarici siyasət prioritetləri, Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar nəzərə alınmaqla bölgədə sülh və əmin-amanlığın təmin edilməsi istiqamətində səyləri barədə ətraflı məlumat verib. Nazir, eyni zamanda Ermənistanla sülh gündəliyi üzrə təkliflər, aparılan danışıqlarda Azərbaycanın mövqeyi və yanaşması barədə iştirakçıları məlumatlandırıb.

Azərbaycanın bölgədə apardığı bərpa və quruculuq işlərinin, kommunikasiyaların açılması istiqamətində fəaliyyətin bütün bölgənin rifahı üçün əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərinə və təkliflərinə baxmayaraq, Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatdan və Azərbaycan-Ermənistan liderləri arasında digər razılıqlardan irəli gələn öhdəliklərini yerinə yetirməməsi, normallaşma prosesinə və bölgədə davamlı sülhün bərqərar olmasına maneçilik törətdiyi bildirilib. Bölgədə davam edən mina təhdidləri və Ermənistan tərəfindən bu istiqamətdə həyata keçirilən təxribatlara diqqət yönəldilib.

Son dövrlərdə bölgədə və dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Alternativ enerji mənbələrindən istifadə sahəsində geniş potensiala malik ölkə kimi Azərbaycanın bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə əhəmiyyət verdiyi qeyd olunub, bu xüsusda cari ilin iyul ayında Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Şərq-Qərb Orta Dəhlizi boyunca bağlantıların gücləndirilməsi istiqamətində Azərbaycanın bir sıra uğurlu layihələr icra etdiyini, Vətən müharibəsindən sonra nəqliyyat-kommunikasiya yollarının bərpası istiqamətində işlər həyata keçirildiyini diqqətə çatdırıb. 10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatın 9-cu bəndi çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirməsinin vacib olduğunu, bölgədə bütün nəqliyyat və kommunikasiyaların açılmasının inkişafa mühüm töhfə olacağını bildirib.

Daha sonra, nazir Ceyhun Bayramov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Xəbər 1021 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +