Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


22.11.2022  14:50 

Kəramət Böyükçöl müxalifləri tənqid etdi





A+  A-

Hökumət və müxalifət, eləcə də siyasi partiyaların bir-biri ilə, o cümlədən dövlət qurumları ilə qarşılıqlı hörmətə dayanan ən mədəni, ən sivil münasibətlərin tərəfdarıyam.

Bunu anladıq.

Amma əslində, nə baş verir?

Gəlin ona baxaq.
YAP-ın dünən keçirilən yubileyində özünə müxalifət deyən adamların iştirakını o halda təbii qarşılamaq olar ki, hökumət onlarla nədəsə hesablaşsın, dinləsin, eşitsin, ən müxtəlif mövzularda onların da fikirlərini nəzərə alsın.

YAP-ın yubileyində arxa sırada oturub İlham Əliyevin Fransa ilə Ermənistan bir-birinə bacı deyir söhbətindən ləzzət almaq, onu alqışlamaq siyasi mədəniyyət göstəricisi, dialoq deyil.

Yubileydə iştirak edən hansı partiya sədri çıxış elədi?

Onların hansı birinə yubiley təbriki üçün tribuna verildi?

Heç birinə.

Çünki onların tribunada heç bir statusda, hətta yubilyarı təbrik edəcək qonaq kimi də yerləri yoxdur. Ad günlərinə dəvət olunan manıslar da bunlardan hörmətlidir.

O partiya sədrləri YAP-ın yubileyinə alternativ, opponent kimi yox, uşaqları əyləndirən Şirin Burun kimi getmişdilər. Hakimiyyət isə cəmiyyəti uşaq yerinə qoyub bu yalançı siyasi rəngarəngliklə insanları əyləndirir, başını qatır.

Siyasət oyundursa, heç olmasa oyun oynayın da.

Oyuncaq niyə olursunuz?

Təkqapılı oyun olar?

Görmürsünüz ikiqapılı oyunda oynayanlar kəndir üstündəki qəhrəman kimi necə görünür?

Niyə o kəndirbazların altında analoji hərəkətlər eləyən Şirin Burun roluna razı olmusunuz?

Cəmiyyətin gözü qarşısında əyləncə obyektinə çevrilməyinizlə necə barışa bilmisiniz?
Sizə göbək rəqsi etdirirlərsə, heç olmasa mahnını hökumət oxusun da.

Mahnını da özünüzə oxutdururlar, musiqini də özünüzə ifa etdirirlər, nağaranı da özünüzə çaldırırlar.

İçinizdə bir mən yoxdurmu?

Sizin prezidentin Fransa ilə Ermənistan bir-birinə bacı deyir söhbətinə gülməmək azadığınız da yoxdur.

İçinizdəki mənin belə faciəli ölümünə necə göz yuma bilirsiniz?

Üzünüzün bu qədər rənglənməsinə necə hə deyə bilirsiniz?

Kəramət Böyükçöl

Xəbər 1008 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +